Əsas səhifə / Elanlar / 🚀 Elanı yuxarı qaldır Satılır 3 otaqlı 120 m² Həyət evi

Satılır 3 otaqlı 120 m² Həyət evi

Baxışların sayı: 4 • Yeniləndi: 27.10.2026, 16:34
Kateqoriya: 🏠 Həyət evi
Sahə 120 m²
Torpaq sahəsi 10.5 sot
Otaq sayı 3
Çıxarış var
Təmir var

Təsvir

İsmayıllı rayonunun səfalı Namazgah kəndində, Lahıc yolu üzərində, dağ yamacında yerləşən 3 otaqlı, 120 m² sahəsi olan həyət evi satılır. Ev 10,5 sot torpaq sahəsi üzərində yerləşir.

Ev yüksək tavanlı, zövqlə və keyfiyyətli təmir olunub. Qonaq otağında Almaniya istehsalı, odunla işləyən dekorativ kamin yerləşir. Evdəki bütün əşyalar yeni, keyfiyyətli və tanınmış markalardandır.

Evin kommunal təminatı tamdır: işıq, su, qaz və optik internet daimidir. Həyətyanı sahə xüsusi zövqlə abadlaşdırılıb. Həyətdə dekorativ bitkilər, müxtəlif növ meyvə ağacları və yaşıllıqlar mövcuddur.

Namazgah kəndi həm təmiz dağ havası, həm də füsunkar təbiəti ilə seçilir. Kənd Lahıc yolu üzərində yerləşdiyindən ərazi ilin bütün fəsillərində öz gözəlliyi ilə diqqət çəkir. Kəndin ən böyük üstünlüklərindən biri isə sərin və təmiz bulaq sularıdır.

Təbiətin qoynunda rahat və sakit həyat yaşamaq, istirahət evi və ya bağ evi əldə etmək istəyənlər üçün ideal seçimdir. Ev yaşayışa tam hazır vəziyyətdə, əşyaları ilə birlikdə satılır. KOD:4328

Namazgah kəndi Xəritədə bax
Elan kodu 4328 Status Aktiv
185 000 AZN
~ 1 542 AZN / m²
📄 sərəncam 🛠 Təmirli
Əlaqə məlumatı

Telefon: +994 70 977 01 04

Zəng et
Paylaş
Facebook Telegram WhatsApp
❮ ❯