Əsas səhifə / Elanlar / 🚀 Elanı yuxarı qaldır Satılır 3 otaqlı 85 m² Həyət evi

Satılır 3 otaqlı 85 m² Həyət evi

Baxışların sayı: 2 • Yeniləndi: 29.10.2026, 18:13
Kateqoriya: 🏠 Həyət evi
Sahə 85 m²
Torpaq sahəsi 9 sot
Otaq sayı 3
Çıxarış var
Təmir var

Təsvir

İsmayıllı rayonunun Lahıc qəsəbəsində, 3 otaqlı, 85 m² sahəsi olan həyət evi satılır. Torpaq sahəsi 9 sotdur. Çıxarışı var, ev əla təmirlidir.
Ev Lahıcın ən sakit və səfalı məhəllələrindən birində, yüksək və gözəl mənzərəli ərazidə yerləşir. Panoraması Niyal, Gümüşqala və Babadağlarına açılır. Evin hündürdə yerləşməsi səbəbindən gecələr çayın sakitləşdirici səsi eşidilir və yay aylarında ərazi sərin olur.
Həyətə 4-5 avtomobil rahatlıqla daxil ola bilir. Darvazanın hündürlüyü 3 metr, eni 3,8 metrdir və ZİL avtomobili rahatlıqla həyətə daxil ola bilir. Küçədən həyətə maşınla giriş tam təmin olunub. Həyətin aşağı hissəsində 12 metr enində, 23 metr uzunluğunda torpaq çıxarılaraq qonaq evi tikintisi üçün hazır meydança yaradılıb. Həyətdə 800 ədəd kubik və təxminən 6 m³ hörgü və döşəmə üçün çay daşı da mövcuddur. Bu xüsusiyyətlərinə görə ev həm şəxsi yaşayış, həm də turizm və biznes məqsədi üçün əlverişlidir.
Həyətdə 1,5 m³ su çəni, 3 ədəd bəhər verən, təxminən 15-20 metr hündürlüyündə qoz ağacı və iri alma ağacları var. Kommunal xidmətlər qaydasındadır: şəlalə suyu, qaz və işıqla bağlı problem yoxdur. Evdə qeydiyyatda heç kim yoxdur.
Evdə yaşayış üçün bütün şəraiti var və bayram günlərində mütəmadi istifadə olunur. Qış aylarında otaqların isti saxlanılması üçün yataq və qonaq otağı arasında qaz və odunla işləyən, qalın materialdan hazırlanmış kürə quraşdırılıb.
Evin birinci mərtəbəsində hamam, tualet, nasosxana və zirzəmi yerləşir. İkinci mərtəbədə qonaq otağı, yataq otağı, mətbəx və balkon, üçüncü mərtəbədə isə yataq otağı, təsərrüfat otağı və balkon yerləşir.
Ev 1991-ci ildə inşa olunub. Sumqayıt və ya Bakı şəhərində evlə barter məsələsinə də baxıla bilər. Əmlaka istənilən vaxt baxmaq mümkündür.KOD:8574

Elan kodu 8574 Status Aktiv
160 000 AZN
~ 1 882 AZN / m²
📄 kupca 🛠 Təmirli
Əlaqə məlumatı

Telefon: 0772551300

Zəng et
Paylaş
Facebook Telegram WhatsApp
❮ ❯