Satılır 3 otaqlı 81 m² Yeni tikili - Nərimanov
Təsvir
Nərimanov rayonunun mərkəzi hissəsində, Dərnəgül yolu istiqamətində, Nərimanov metrosu və Gənclik metrosu yaxınlığında yerləşən 3 mərtəbəli yeni tikili binanın 3-cü mərtəbəsində, ümumi sahəsi 81 m² (daxildən-daxilə) olan 3 otaqlı mənzil satışa çıxarılıb.
Mənzil tam təmirlidir, çıxarışı (kupça) var və ipotekaya yararlıdır. Bina 2012-ci ildə inşa olunub və sənədləşmə tam qaydasındadır. Ev əşyaları ilə birlikdə satılır.
Ərazi baxımından çox əlverişli yerdə yerləşir. Yaxınlıqda ASAN Xidmət (7 saylı mərkəz), Atatürk Liseyi, Evrika Liseyi, Çinar Plaza, müxtəlif ofis mərkəzləri və 207 saylı orta məktəb mövcuddur.
Əlavə üstünlük olaraq binanın zirzəmisində 6x5 metr ölçüdə anbar sahəsi də mənzilə daxildir.
Mənzil təcili satılır. Bu ərazidə bu qiymətə belə mənzil yoxdur. Qiymətdə real alıcı ilə razılaşmaq mümkündür.KOD:5737