Əsas səhifə / Elanlar / 🚀 Elanı yuxarı qaldır Satılır 4 otaqlı 110 m² Köhnə tikili - Nizami

Satılır 4 otaqlı 110 m² Köhnə tikili - Nizami

Baxışların sayı: 6 • Yeniləndi: 28.10.2026, 17:35
Kateqoriya: 🏢 Köhnə tikili
Sahə 110 m²
Otaq sayı 4
Mərtəbə 9 / 9
Çıxarış var
Təmir yoxdur

Təsvir

Təmir yoxdur
Nizami rayonunda, Xalqlar Dostluğu metrosuna yaxın, Nazlı Saray şadlıq sarayının yanında yerləşən köhnə tikili binada 4 otaqlı geniş mənzil satılır. Mənzil 9 mərtəbəli eksperimental layihəli daş binanın 9-cu mərtəbəsində yerləşir və ümumi sahəsi 110 m²-dir. Qanuni 4 otaqlıdır, yelçəkən (skvaznoy) planlanmaya malikdir, bu da mənzilin daha işıqlı və havadar olmasını təmin edir.
Mənzil təmirsizdir və bu səbəbdən yeni sahibi üçün öz zövqünə uyğun dizayn etmək imkanı yaradır. Lift daim işlək vəziyyətdədir. Qaz, su, işıq, telefon və internet fasiləsiz təmin olunur. İstilik sistemi mərkəzidir.
Sənədlər tam qaydasındadır – çıxarış (kupça) mövcuddur və ipotekaya yararlıdır.
Bina çox əlverişli infrastruktura malik ərazidə yerləşir. Yaxınlıqda məktəblər, uşaq bağçaları, 24 saat fəaliyyət göstərən supermarketlər, apteklər, xəstəxana və poliklinika mövcuddur. 8 km bazarına piyada təxminən 5 dəqiqəlik məsafədədir. Avtobus dayanacağına cəmi 2 dəqiqəlik məsafə var və bir neçə marşrut xətti fəaliyyət göstərir.
Binanın geniş həyəti, maşın saxlamaq üçün böyük sahəsi və uşaqların rahat oynaması üçün geniş ərazisi mövcuddur. Həyətə giriş şlaqbaumladır.
Mənzil həm yaşayış, həm də investisiya üçün əlverişli seçimdir, təcili satış olduğu üçün real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.KOD:6731

Elan kodu 6731 Status Aktiv
185 000 AZN
~ 1 682 AZN / m²
📄 kupca
Əlaqə məlumatı

Telefon: 0772551300

Zəng et
Paylaş
Facebook Telegram WhatsApp
❮ ❯